Fransa millisinin futbolçusu Maykl Olise ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə və mediada yayılan fotolara əsasən, hücumçunun Fransa millisinin təyyarəsində snusdan istifadə etdiyi iddia olunur.
Məlumata görə, Olise nikotin tərkibli İsveç mənşəli tüstüsüz tütün məhsulundan daha əvvəl də “Kristal Pelas”da çıxış etdiyi dövrdə istifadə edib.
Yayılan şəkil ABŞ-də çəkilib. Həmin ölkədə snus istifadəsinə qanunla icazə verilir. Hələlik nə futbolçunun özü, nə də Fransa Futbol Federasiyası (FFF) məsələ ilə bağlı rəsmi açıqlama verib.
Qeyd edək ki, son illər snusdan istifadə futbol aləmində ciddi müzakirə mövzusuna çevrilib. Bu məhsul siqaret kimi tüstü yaratmasa da, yüksək nikotin tərkibinə görə asılılıq yarada bilir.
İdman.Biz-in bir müddət əvvəl Azərbaycan futbolunda 30 ildən artıq təcrübəyə malik olan həkim və fizioterapevt Rahim Məhərrəmovdan aldığı müsahibədə də bu problemə diqqət çəkilmişdi. Təcrübəli mütəxəssis bildirmişdi ki, Azərbaycan futbolunda ən böyük təhlükələrdən biri məhz snusdur.
