Səudiyyənin baş məşqçisi İspaniya ilə oyunda sürprizə ümid edir

21 İyun 2026 11:18
450
Səudiyyənin baş məşqçisi İspaniya ilə oyunda sürprizə ümid edir

Futbol üzrə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georqios Donis DÇ-2026-nın H qrupunda İspaniyaya qarşı keçirəcəkləri ikinci tur matçı barədə danışıb.

İdman.Biz xəbər verir ki, yunanıstanlı mütəxəssis rəqibin dünyanın ən güclü komandalarından biri olduğunu bildirib. O, İspaniya ilə oyunda topa nəzarətin çətin olacağını və komandasının meydanda daha kompakt oynamalı olduğunu deyib.

“Dünyanın ən yaxşı yığmalarından birinə qarşı oynayırıq. Belə komandalara qarşı oyundan zövq almaq, rəqibə hörmət etmək vacibdir, amma bunu həddindən artıq şişirtmək lazım deyil. İspaniyaya qarşı topu saxlamaq çox çətindir. Ona görə hərəkətlərimizi daha yaxşı idarə etməli, xətlər arasında boşluq verməməli və dinamik müdafiə olunmalıyıq. Futbolda möcüzələri görmək xoşdur. Favoritlərin kağız üzərində zəif görünən rəqiblərə uduzduğunu görmüşük”, - deyə Donis Mundo Deportivo-ya bildirib.

Qeyd edək ki, İspaniya - Səudiyyə Ərəbistanı matçı bu gün, 21 iyunda ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.Biz