Kanadalı Kone DÇ-2026-nın qalan hissəsini buraxacaq

19 İyun 2026 23:34
96
Kanadalı Kone DÇ-2026-nın qalan hissəsini buraxacaq

Kanadalı yarımmüdafiəçi İsmael Kone fibula və baldır sümüyündəki sınıqları bərpa etmək üçün uğurlu əməliyyat keçirib.

İdman.Biz bildirir ki, Kanada milli komandasının mətbuat xidməti bu barədə məlumat verib.

Oyunçunun tam sağalacağı gözlənilir, lakin DÇ-2026-nın qalan hissəsini buraxacaq.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının Qətərə qarşı ikinci tur matçında (6:0) Kone 55-ci dəqiqədə Qətərin müdafiəçisi Assim Madibonun sərt zərbəsi nəticəsində sol ayağından ciddi zədə almışdı. Daha sonra o, meydandan xərəklə çıxarılmışdı.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır.

İdman.Biz