Mundialda tarixi təyinat: Tori Penso ikinci qadın baş hakim olacaq

18 İyun 2026 09:39
103
Mundialda tarixi təyinat: Tori Penso ikinci qadın baş hakim olacaq

Kişilər arasında dünya çempionatları tarixində ikinci dəfə oyunu qadın baş hakim idarə edəcək.

İdman.Biz xəbər verir ki, A qrupunun ikinci turunun Çexiya - Cənubi Afrika Respublikası matçı ABŞ-dən olan Tori Pensoya həvalə olunub. Ona həmyerliləri Bruk Mayo və Ketrin Nesbit kömək edəcəklər.

Qarşılaşma bu gün - 18 iyunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, fransalı Stefani Frappar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Almaniya - Kosta Rika görüşünü idarə edib. Almaniyanın 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşma kişilər arasında mundial tarixində qadın baş hakimin idarə etdiyi ilk oyun olub.

İdman.Biz