DÇ-2026-da ikinci tur başlayır: Bu günün oyunları

18 İyun 2026 09:27
161
DÇ-2026-da ikinci tur başlayır: Bu günün oyunları

Futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start veriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında Çexiya və Cənubi Afrika Respublikası yığmaları üz-üzə gələcəklər.

Daha sonra İsveçrə Bosniya və Herseqovina ilə, Kanada Qətərlə, Meksika isə Cənubi Koreya ilə qarşılaşacaq.

DÇ-2026
İkinci tur
18 iyun

A qrupu
20:00 Çexiya - Cənubi Afrika Respublikası

B qrupu
23:00 İsveçrə - Bosniya və Herseqovina

19 iyun

B qrupu
02:00 Kanada - Qətər

A qrupu
05:00 Meksika - Cənubi Koreya

İdman.Biz