Mbappe mundiallarda vurduğu qollara görə Pele, Messi və Fonteni keçib

17 İyun 2026 03:07
72
Mbappe mundiallarda vurduğu qollara görə Pele, Messi və Fonteni keçib

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının I qrupunun ilk tur matçında Seneqala iki qol vuraraq dünya çempionatı tarixinin ən çox qol vuran oyunçusu Miroslav Kloze ilə aradakı fərqi azaldıb.

İdman.Biz xəbər verir ki, Mbappe 66-cı və 90+6-cı dəqiqələrdə qol vuraraq dünya çempionatında 15 matçda vurduğu qolların sayını 14-ə çatdırıb. Klozenin aktivində 24 oyunda 16 qol var.

Dünya çempionatında 13 oyun keçirən almaniyalı Herd Müllerin də vurduğu qolların sayı 14-dür.

Lionel Messi 26 oyunda 13 qol, Pele 14 oyunda 12 qol vurub.

Fransanın eks-hücumçusu Jüst Fonten dünya çempionatında 13 dəfə fərqlənib. O, 1958-ci il dünya çempionatında altı oyunda 13 qola imza atıb.

İdman.Biz