Fransa millisi dünya çempionatlarında ilk hissələr üçün antirekorda imza atıb.
İdman.Biz bildirir ki, onlar DÇ-2026-da Seneqala qarşı oyunun ilk hissəsində qapıya yalnız bir zərbə endirə biliblər. İlk yarı 0:0 hesabı ilə bitib.
Komandalar ABŞ-ın İst-Raterford şəhərindəki “Metlife” stadionunda oynayırlar.
Bu rəqəm 1966-cı ildə statistika toplanandan bəri Fransa millisi üçün ən pis göstəricidir.
Seneqal komandası ilk hissədə rəqib qapısına beş zərbə endirib.
