İsveçrə dünya çempionatları tarixində bir ilki həyata keçirib

14 İyun 2026 01:19
99
İsveçrə dünya çempionatları tarixində bir ilki həyata keçirib

İsveçrənin DÇ-2026 B qrupunun Qətərə qarşı oyununda vurduğu penalti, milli komandanın dünya çempionatları tarixində bir ilkdir.

İdman.Biz bildirir ki, oyun ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərindəki “Levays” stadionunda keçirilib.

İsveçrəli hücumçu Breel Embolo 17-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Oyun 1:1 hesabı ilə qurtarıb.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı çempion Argentinadır.

İdman.Biz