Yaponiya millisi Meksikada şoka düşdü: Baza dəyişdirildi - VİDEO

4 İyun 2026 16:11
98
Yaponiya millisi Meksikada şoka düşdü: Baza dəyişdirildi - VİDEO

Futbol üzrə Yaponiya millisi 2026-cı il Dünya Çempionatına hazırlıq zamanı Meksikada məşq bazasını dəyişməli olub.

İdman.Biz xəbər verir ki, TUDN-in məlumatına görə, Asiya təmsilçisi əvvəlcə Monterrey şəhərində “Tiqres”in məşq mərkəzində hazırlaşmalı olub. Lakin komanda bazadakı şəraitdən və meydançanın örtüyündən narazı qalıb və məşq yerini dəyişmək qərarı verib.

Məlumata görə, yaponlar əvvəlcə UANL-in idman tibb fakültəsinə məxsus meydançada məşq etməyə üstünlük veriblər. Daha sonra isə komandanın hazırlığı “Monterrey” klubuna məxsus “El Barrial” bazasına köçürülüb. Bu baza “Rayados”un məşq kompleksi kimi tanınır və DÇ-2026 üçün FIFA tərəfindən təsdiqlənən bazalardan biridir.

Qeyd edək ki, Yaponiya millisi Dünya Çempionatının qrup mərhələsində Niderland, Tunis və İsveçlə qarşılaşacaq. Komanda turnirə Niderlandla oyunla start verəcək.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz