Beynəlxalq Xizək Federasiyasının prezidenti: “Azərbaycan yarışları yüksək səviyyədə təşkil edib”

Xəbərlər
24 Sentyabr 2025 15:57
111
Beynəlxalq Xizək Federasiyasının prezidenti: “Azərbaycan yarışları yüksək səviyyədə təşkil edib”

Beynəlxalq Xizək Federasiyasının (ISU) prezidenti Kim Jae-Yeol Azərbaycan tərəfindən təşkil olunan fiqurlu konkisürmə üzrə yeniyetmələr Qran-prisinin açılış mərasimində iştirak edib.

İdman.biz-in məlumatına görə, federasiya rəhbəri vurğulayıb ki, ölkəmiz böyük təşkilatçılıq qabiliyyətinə malikdir:

“Azərbaycan Qran-prini yüksək səviyyədə təşkil edib. Ölkəniz yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Bu, Bakıya ikinci gəlişimdir. Bu cür gözəl və müasir şəhərdə olduğum üçün çox xoşbəxtəm. Qran-prinin uğurla başa çatacağına inanıram”.

Qeyd edək ki, Bakıda təşkil olunan turnirdə 38 ölkədən 92 idmançı mübarizə aparır.

İdman.Biz