Alman biatlonçusu və 2024/2025 Dünya Kubokunun qalibi Fransiska Preuss sağlamlığı ilə bağlı detalları paylaşıb.
İdman.Biz xəbər veriri ki, o, koronavirus və qripə yoluxduğunu bildirib.
Bu səbəbdən idmançı İsveçin Östersund şəhərində keçirilən 2025/2026 Dünya Kuboku mərhələsində sprint-tətbiq kombinasiyasını buraxıb. Avstriyanın Hoxfilzen şəhərində keçiriləcək qarşıdan gələn yarışda onun statusu hələ də bəlli deyil.
“Təəssüf ki, ötən həftə qrip və koronavirusa yoluxdum. Artıq sağalmışam, amma hələlik gözləyib çay içək. Ümid edirəm ki, enerjim tezliklə qayıdacaq”, - Preuss sosial mediada yazıb.
Qeyd etmək lazımdır ki, almaniyalı Östersundda keçirilən fərdi yarışda yalnız 29-cu yeri tutub.
