Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.
Qeyd edək ki, 17 yaşlı Anastasiya Papatoma Azərbaycanın kiprəsilli dağ xizəkçisidir və artıq bir ildir ki, ölkəmizi beynəlxalq yarışlarda slalom növündə təmsil edir.
Bununla da Azərbaycanın İtaliyada keçiriləcək Oyunlara qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib. Daha əvvəl fiqurlu konkisürən Vladimir Litvintsev qış olimpiadasında iştirak hüququ əldə edib.
Xatırladaq ki, Qış Olimpiya Oyunları 2026-cı ilin fevralın 6-dan 26-dək Milan və Kortina d'Ampesso şəhərlərində təşkil olunacaq.
