Aktyor Ceki Çan Olimpiya oyunlarının məşəlini daşıdı - FOTO/VİDEO

Xəbərlər
23 Dekabr 2025 09:32
87
Aktyor Ceki Çan Olimpiya oyunlarının məşəlini daşıdı - FOTO/VİDEO

Tanınmış aktyor Ceki Çan Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində təşkil olunan estafet çərçivəsində Olimpiya məşəlini Pompeyin qədim xarabalıqları boyunca daşıyıb.

İdman.Biz xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Qeyd olunur ki, bu gün İtaliyanın tanınmış futbol ulduzları Fabio Kannavaro və Çiro Ferrara estafeti doğma Neapol şəhərində davam etdirəcəklər. Məhz burada estafet Milad bayramı günlərində müvəqqəti olaraq dayandırılacaq.

Ümumilikdə estafet mərhələsi İtaliyanın 110 əyalətinin hamısından keçməklə təxminən 12 min kilometr məsafəni əhatə edəcək. Estafet 6 fevralda açılış mərasiminin keçiriləcəyi Milanın “San-Siro” stadionunda yekunlaşacaq.

Qeyd edək ki, 2026-cı il 25-ci Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.


İdman.Biz