İsveçrənin xizəksürmə üzrə ikiqat Olimpiya çempionu Mişel Gisin iki ağır əməliyyat keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə onun məşqçisi “Blick” nəşrinə məlumat verib.
M.Gisin boyun fəqərəsi nahiyəsində və sağ biləyində cərrahi müdaxilə aparılıb.
Qeyd olunur ki, xizəkçi 110 km/saat sürətlə hərəkət edərkən maneəyə çırpılıb.
Hadisədən sonra idmançı helikopterlə yerli xəstəxanaya çatdırılıb, daha sonra zədələrinin ağır olması səbəbindən Sürixə köçürülüb.
