Azərbaycanın iki dueti Santa Klaus kubokunda

Xəbərlər
29 Noyabr 2024 14:23
148
Azərbaycanın iki dueti Santa Klaus kubokunda

Azərbaycan fiqurlu konkisürənləri Macarıstanda keçirilən beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, Santa Klaus kubokunda iki duetimiz buz üzərində rəqslərdə mübarizə aparacaq.

Samanta Ritter və Daniel Brikalov dueti ilə Maksin Uiterbi və Aleksandr Kolosovski cütü yarışa sifariş olunublar. İdmançılarımız sabah ritmik rəqs, ertəsi gün sərbəst rəqsdə bacarığını göstərəcəklər.

Qeyd edək ki, mükafatlar uğrunda 11 duet yarışacaq.

İdman.biz

Məqalədə: