Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Xəbərlər
18 May 2024 12:34
277
Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən xizək alpinizmi üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

İdman.biz xəbər verir ki, əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı qərar bu ilin 9-10 mart tarixlərində Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.

İdman.biz

Məqalədə: