Azərbaycan fiqurlu konkisürəni Aleksandr Plyuşşenko Gürcüstanda keçirilən gənclər arasında Qran-prinin beşinci mərhələsində qısa proqramdakı çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, 13 yaşlı idmançı 62,49 xal toplayaraq qısa proqramdan sonra 11-ci yeri tutub.
“Bu gün çox əminliklə sürdüm, proqramımdan çox razıyam. Ankaradakından daha əmin çıxış etdim.
Adətən ard-arda iki turnirdə iştirak etmək çətindir, amma mənim üçün əksinə, daha rahatdır. Birincisi daha həyəcanlı idi, indi isə o qədər həyəcanlı deyil.
Əlbəttə, atam və qardaşım mənə dəstək olurlar. Ümumiyyətlə, özüm daha çox hazırlaşıram, amma atam və qardaşım da kömək edirlər. Mütləq həmişə futbolla qızışıram. Hətta məşqdən əvvəl hər qızışma zamanı futbol topundan istifadə edirəm. Həmişə eyni topu gəzdirirəm? Bəli, uğur gətirir”, – deyə Plyuşşenko “Okko” efirində bildirib.
Sərbəst proqramdan əvvəlki planlarından danışan fiqurlu konkisürən əlavə edib: “İndi otelə gedəcəyik, yemək yeyəcəyik, saunaya gedəcəyik, dincələcəyik, telefonda və pristavkada oynayacağıq. Sabah səhər məşqə, sonra isə sərbəst proqrama”.
