Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzlərindən birinin açılışı olub - FOTO

1 Oktyabr 2026 21:25
77
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzlərindən birinin açılışı olub

Bu gün “Ski Center Baku”nun açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi kimi təqdim edilən “Ski Center Baku” 2800 kvadratmetr sahəni əhatə edir. Mərkəzdə üç “MaxxTracks” məşq yamacı və “Olympus SkyTech” simulatoru quraşdırılıb.

Bu avadanlıqlar kompleksdə xizək və snoubord üzrə ilboyu məşqlərin keçirilməsinə imkan verir. Mərkəz həm yeni başlayanlar, həm də texnikasını inkişaf etdirmək istəyən təcrübəli idmançılar üçün nəzərdə tutulub.

“Ski Center Baku”nun əsas fəaliyyət istiqamətlərindən biri uşaqların və gənclərin qış idman növlərinə cəlb edilməsidir.

İdman.Biz