Azərbaycanın fiqurlu konkisürəni Aleksandr Plyuşşenko Batumidə keçirilən yeniyetmələr arasında Qran-pri yarışında çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, 13 yaşlı idmançı 26 iştirakçı arasında 10-cu yeri tutub.
Plyuşşenko hər iki proqramın yekununda 181.97 xal toplayıb. O, qısa proqramda 62.49 xal (11-ci yer), sərbəst proqramda isə 119.48 xal (8-ci yer) qazanıb.
Qeyd edək ki, Plyuşşenko Azərbaycan millisində debüt etdiyi Ankaradakı Qran-pri mərhələsi ilə müqayisədə nəticəsini yaxşılaşdırıb. O, həmin yarışda 171.65 xalla 33 iştirakçı arasında 13-cü yeri tutmuşdu.
Ankaradakı nəticə onun beynəlxalq arenadakı debütü olduğundan, həmin göstərici beynəlxalq yarışlardakı ən yaxşı nəticəsi idi. Plyuşşenko Batumidə bu göstəricini yeniləyib.
Xatırladaq ki, Gürcüstandakı turnirdə Azərbaycan millisinin digər üzvləri – Arina Kalugina və Anna O'Brayen / Dreyk Tonq rəqs cütlüyü də mübarizəni davam etdirir. Onlar final proqramlarını sentyabrın 26-da təqdim edəcəklər.
