Səbinə Əliyeva üçün püşk

Xəbərlər
27 Fevral 2024 12:31
Səbinə Əliyeva üçün püşk

Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatının püşkü atılıb.

İdman.biz xəbər verir ki, sabah start götürəcək mundialda mübarizə aparacaq yeganə Azərbaycan təmsilçisinin buz üzərinə neçənci çıxacağı dəqiqləşib.

Taypeydə təşkil olunacaq yarışda qızların mübarizəsinə 46 idmançı qatılacaq. Sabah baş tutacaq qısa proqramda Səbinə 3-cü qrupda buz üzərinə çıxacaq. O, çıxışına 11-ci kimi start verəcək. Yarış Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ən yaxşı nəticə göstərən idmançılar martın 1-də sərbəst proqramla çıxış edəcəklər.

İdman.biz