Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb - FOTO

9 Oktyabr 2026 17:40
424
Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb - FOTO

Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü Qazaxıstanın Almatı şəhərində keçirilən “Çellencer” seriyasına daxil olan "Denis Ten Memorialı - 2026" turnirində bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Təmsilçilərimiz ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutublar.

Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 7-dən 11-dək keçirilir.

İdman.Biz