Səbinə Əliyeva “Bavariya Open”dən imtina edib

1 Fevral 2024 11:41
547
Səbinə Əliyeva “Bavariya Open”dən imtina edib

Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva “Bavariya Open” turnirinə qatılmayıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz Almaniyada yeniyetmə qızların mübarizəsində iştirak etməli idi.

O, yanvarın 31-də qısa proqramla çıxış etməli olan 28 idmançı arasında yer almışdı. Lakin Əliyeva qeyri-müəyyən səbəblərdən turnirdə iştirakdan imtina edib.

Qeyd edək ki, ötən ay Türkiyənin İzmir şəhərində keçirilən "Ephesus Cup" turnirində ikinci yeri tutan Əliyeva yeniyetmələrin dünya çempionatına vəsiqə qazanıb.

İdman.biz