Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib - FOTO

Xəbərlər
20 İyul 2025 18:05
79
Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib - FOTO

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib.

İdman.biz xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir iyulun 23-də start götürəcək U-15 və Yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub.

Xüsusi Konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.

İdman.biz