Gənclər arasında Azərbaycan birinciliyin açılış mərasimi keçirilib – FOTO

Xəbərlər
5 Oktyabr 2023 15:05
216
Gənclər arasında Azərbaycan birinciliyin açılış mərasimi keçirilib – FOTO

Oktyabrın 5-6-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının baş katibi Rizvan Rəsulov çempionatın təşkilində məqsədin kütləviliyi təmin etmək olduğunu deyib.

O bildirib ki, yarış ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı üçün önəmlidir. Bu, həmçinin idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsinə xidmət edir.

Ardınca Azərbaycanın Dövlət Himni səslənib və yarış açıq elan olub.

Sonda federasiyanın vitse-prezidenti Firdovsi Umudov iki hakim - Səbinə Rzayeva və İlham Hüseynovaya beynəlxalq dərəcəli hakim kitabçalarını təqdim edib.

Emin Ağa

İdman.biz