Ağırlıqqaldırma Federasiyasının baş katibi prezident dəyişikliyindən sonra atılacaq addımları açıqlayıb

Xəbərlər
5 Oktyabr 2023 14:18
289
Ağırlıqqaldırma Federasiyasının baş katibi prezident dəyişikliyindən sonra atılacaq addımları açıqlayıb

“Gənclərin Azərbaycan birinciliyini keçirilməsində əsas məqsədlərdən biri idmançıları yoxlamaqdır. Onların hazırda fiziki, texniki, psixoloji hazırlıqlarının nə səviyyədə olduğunu bilmək istəyirik”.

Bunu İdman.biz saytına müsahibəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının baş katibi Rizvan Rəsulov deyib.

Bu gün 15-20 yaşlı ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi start götürüb. 2 gün davam edəcək yarışda qız və oğlan idmançılar arasında ən güclüləri bəlli olacaq.

Federasiya rəsmisi Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasında təşkil olunan Azərbaycan birinciliyinin yığma üçün faydalı olacağına əminliyini ifadə edib: “Bir aydan sonra Meksikanın Qvadalaxara şəhərində gənclərin dünya birinciliyi keçiriləcək. Mundiala yollanacaq komandanın seçimini bu yarışda edəcəyik. Digər fərqlənən idmançılar isə 2024-cü ildən yığmaya dəvət olunacaqlar. Ondan sonra onlar bir sıra yarışda iştirak edəcəklər”.

Rəsulov federasiyada prezident dəyişikliyindən atılacaq addımları da açıqlayıb. O bildirib ki, yeni rəhbərliyin seçilməsindən sonra qarşıda duran işlər tədbirlər planına uyğun olaraq həyata keçiriləcək: “Bütün məsələlərin müzakirəsinə başlamışıq. Artıq bütün məsələlərə yeni rəhbərliyin yeni baxışı, yeni sistemli yanaşması var. Bu günə qədər görülən işlərin daha da təkmilləşdirilməsi davam edəcək. Əsas məqsəd də bundan ibarətdir. Eyni zamanda, maddi-texniki bazanın gücləndirilməsi və bu idman növünün inkişafı üçün lazım olan bütün lazımi işlərin görülməsi prioritet məsələdir”.

Qeyd edək ki, sentyabrın 28-də Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə Azərbaycan Ağırlıqqaldırma federasiyasının prezidenti seçilib.

Emin Ağa

İdman.biz