Azərbaycanda federasiya adı dəyişdirilib

Xəbərlər
28 Sentyabr 2023 14:22
186
Azərbaycanda federasiya adı dəyişdirilib

Azərbaycan Ağır Atletika Federasiyasının adı dəyişdirilib.

İdman.biz xəbər verir ki, bu, qurumun Gənclər və İdman Nazirliyinin inzibati binasında növbədənkənar ümumi yığıncağında rəsmiləşib.

Federasiyasının fəaliyyəti barədə hesabat dinlənilib, rəy və təkliflər səsləndirilib. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib. Onlardan biri Azərbaycan Ağır Atletika Federasiyasının adının dəyişdirilməsi olub. Qurumun rəsmi şəkildə Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlandırılması qərarı qəbul edilib.

Qeyd edək ki, yığıncaqda Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib.

İdman.biz