Malikə Biçekuyeva 2 bürünc qazanıb - FOTO

Xəbərlər
16 İyun 2024 21:42
136
Malikə Biçekuyeva 2 bürünc qazanıb - FOTO

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr ağırlıqqaldıranlar arasında Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, yığmamız bu gün ikinci medalını qazanıb.

Körpücük üzərinə çıxan Malikə Biçekuyeva (55 kq) 3-cü yeri tutub. O, yaşı 15-ə qədər olan atletlər arasında qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 57 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub. Malikə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. İdmançımız 71 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb. Toplam 128 kq (57+71) nəticə göstərən Malikə Biçekuyeva yekun sıralamada da Avropa birinciliyin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Kamran Xappayev (61 kq) yaşı 15-ə qədər olan atletlər arasında qızıl medal qazanıb.

İdman.biz