Millimizin baş məşqçisi: "Onlardan da medal gözləyirdik"

Xəbərlər
20 Fevral 2024 22:41
175
Millimizin baş məşqçisi: "Onlardan da medal gözləyirdik"

"Komanda pis çıxış etmədi. İsa Rüstəmovdan, Ömər Cavadovdan da medallar gözləyirdik".

İdman.biz xəbər verir ki, bunu kişi ağırlıqqaldıranlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Maxtı Makkayev deyib.

Rusiyalı mütəxəssis yığmanın Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib. O bildirib ki, Dadaş Dadaşbəlinin (109 kq) qitənin ən güclüsü olacağına əvvəldən də inanıb: "Bizə federasiya tərəfindən böyük dəstək oldu. Ölkənin bütün regionlarında ağırlıqqaldırmaya böyük maraq var. Qarşıdakı illərdə də ümidləri doğrultmağa çalışacağıq. Azərbayan millisinin yaxşı çıxış edib, medallar qazanması üçün əlimizdən gələni edəcəyik".

Makkayev qarşıdakı Dünya kuboku ilə də bağlı fikirlərini açıqlayıb: “Tailandda keçirələcək yarışa Ömər, İsa, və Dadaşla yanaşı, Əli Şükürlü də hazırlaşacaqlar. Bu, lisenziya baxımdan yekun turnirdir. Yalnız ondan sonra Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək atletlərin adları bəlli olacaq".

Qeyd edək ki, Dadaşbəyli kişilər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının qızıl medalını 12 ildən sonra ölkəmizə qazandıran ilk idmançı olub.

Emin Ağa
İdman.biz