Azərbaycan millisi Maxtı Makkayevlə əməkdaşlığa son qoyub, yeni baş məşqçi bəlli olub

17 Mart 2026 13:42
87
Azərbaycan millisi Maxtı Makkayevlə əməkdaşlığa son qoyub, yeni baş məşqçi bəlli olub

Azərbaycanın kişilərdən ibarət ağırlıqqaldırma millisinin baş məşqçisi dəyişib.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Maxtı Makkayevlə yollar ayrılıb.

Onu bu postda Sərdar Həsənov əvəzləyib. S.Həsənov həm də qadınlardan ibarət yığmanın baş məşqçisi kimi işini davam etdirəcək.

Xatırladaq ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası 2023-cü il dekabrın sonunda Maxtı Makkayevin baş məşqçi təyin olunduğunu açıqlamışdı.

İdman.Biz