Atletimiz Qran-pridə 19-cu olub - VİDEO

Xəbərlər
6 Dekabr 2023 11:41
121
Atletimiz Qran-pridə 19-cu olub - VİDEO

Qətərin paytaxtı Dohada ağırlıqqaldırma üzrə Qran-priyə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova (49 kq) çıxıb.

C qrupunda çıxış edən idmançı iki hərəkətin cəmində 143 kq (65+78) nəticə göstərib. O, bu göstərici ilə 19-cu yeri tutub.

Qran-pri dekabrın 7-də Cavad Ömərov (73 kq), ayın 12-də Əli Şükürlü, ertəsi gün isə komandamızın lideri Dadaş Dadaşbəyli mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Emin Ağa
İdman.biz