“Azərreyl” və “Murov Az Terminal” asan qələbə qazanıb - FOTO

Xəbərlər
5 Dekabr 2023 19:24
601
“Azərreyl” və “Murov Az Terminal” asan qələbə qazanıb - FOTO

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının IV turu çərçivəsində 2 oyun keçirilib

İdman.biz xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i qəbul edib.

İlk turda uduzan “dəmiryolçular” ardıcıl üçüncü qələbəni qazanıblar. "Azerreyl" hər üç seti üstün bitirib.

Günün 2-ci qarşılaşmasında isə “Murov AZ Terminal” UNEC-i asanlıqla məğlub edib. "Tələbələr"in cəmi 26 xal qazanması oyunun hansı məcrada keçməsindən xəbər verir.

Bu nəticələrdən sonra “Azərreyl” və “Murov AZ Terminal” xallarını 9-a yüksəldiblər.

Azərbaycan Yüksək Liqası

Qadınlar
IV tur
5 dekabr
16:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” - 0:3 (23:25, 22:25, 17:25)

Bakı. Voleybol Mərkəzi

18:00. “Murov AZ Terminal” – UNEC - 3:0 (25:8, 25:8, 25:10)
Bakı. Voleybol Mərkəzi

Abşeron

3

3

0

9-2

275-201

9

Azərreyl

4

3

1

10-3

312-265

9

Murov Az Terminal

4

3

1

9-3

283-208

9

Milli Aviasiya Akademiyası

4

1

3

3-9

267-287

3

Gəncə

3

1

2

3-6

173-196

3

UNEC

4

0

4

0-12

155-300

0

İdman.biz