“Gəncə” “Benfika”dan oyunçu gətirib

Xəbərlər
12 Avqust 2025 12:00
47
“Gəncə” “Benfika”dan oyunçu gətirib

"Gəncə" heyətini braziliyalı voleybolçu ilə gücləndirib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, komanda Luisa Tomaz ilə müqavilə imzalayıb.

O, 2025/2026 mövsümündə “Gəncə”nin formasını geyinəcək. Voleybolçu ötən mövsümü Portuqaliyanın "Benfika" klubunda keçirib.

Tomaz Portuqaliya Superkubokunun və Portuqaliya Birinci Divizionunun qalibi olub, Braziliya Super Liqasında gümüş medal qazanıb.

İdman.biz