Voleybolçularımız 3 setə cəmi 24 xal yığıb – 5-ci məğlubiyyət

Xəbərlər
24 Noyabr 2023 16:58
269
Voleybolçularımız 3 setə cəmi 24 xal yığıb – 5-ci məğlubiyyət

Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, millimiz 5-ci matçında Polşa ilə qarşılaşıb.

Əvvəlki 4 oyunda olduğu kimi, voleybolçu qızlarımız yenə də 1 set qazanmadan məğlub olublar. Bu matçda millimiz məhsuldarlıq baxımından ən pis göstəricisini nümayiş etdirib. Onlar ümumilikdə 24 top qazanıblar. Şahin Çatmanın rəhbərlik etdiyi yığma bu ən yaxşı halda 10 top qazana bilib.

EEVZA çempionatı
IV tur
22 noyabr
Polşa - Azərbaycan - 3:0 (25:7, 25:10, 25:7)

Qeyd edək ki, bu, komandamızın ardıcıl 5-ci məğlubiyyəti olub. Yığma daha öncə Latviya, Ukraynaya, Estoniya və Litva millilərinə də “quru hesabla” uduzub. Voleybolçular növbəti görüşünü noyabrın 26-da Gürcüstana qarşı keçirəcək.

İdman.biz