Universiada: biri qalib gəlib, biri uduzub - YENİLƏNİB

Xəbərlər
25 İyul 2025 17:23
67
Universiada: biri qalib gəlib, biri uduzub - YENİLƏNİB

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Dünya Universitet Oyunlarında çimərlik voleybolu yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycanın kişilərdən ibarət Nəriman Bayramlı - Ayxan Abdullayev və qadınlardan ibarət Səbinə Əlizadə və Fidan Əhmədxanova cütlüyü 21-24-cü yerlər uğrunda oyunlarını keçiriblər.

Qadın voleybolçularımızın rəqibləri hindistanlı Kanimoji-Qovşik cütlüyü olub. Əlizadə və Əhmədxanova üç setin yekununda qalib gəliblər - 2:1.

Bayramlı və Abdullayev isə Livan təmsilçiləri Cad-El Çabib cütünə iki setdə məğlub olublar - 0:2.

***

10:30

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycanın çimərlik voleybolu komandalarının çıxışı davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Nəriman Bayramlı – Ayxan Abdullayev kişilər cütlüyü və Səbinə Əlizadə – Fidan Əhmədxanova qadınlar cütlüyü bu gün 21-24-cü yerlər uğrunda oyunlara çıxacaqlar.

Qadın voleybolçularımız İspaniya və Hindistan komandaları arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaqlar. Kişilər isə Yaponiya – Livan duelinin qalibini gözləyirlər.

Qeyd edək ki, komandalarımız Universiadada hələ qələbə qazana bilməyiblər.

Zəki Feyzullayev
İdman.biz