Universiada: çimərlik voleybolçuları qələbə üzünə həsrət qalıblar - YENİLƏNİB

Xəbərlər
24 İyul 2025 17:38
56
Universiada: çimərlik voleybolçuları qələbə üzünə həsrət qalıblar - YENİLƏNİB

Almaniyanın Reyn-Rur regionunda keçirilən Universiadada Azərbaycanın çimərlik voleybolu komandalarının çıxışı qrup mərhələsi ilə məhdudlaşmayacaq.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Nəriman Bayramlı – Ayxan Abdullayev kişilər cütlüyü və qadınlardan ibarət Səbinə Əlizadə – Fidan Əhmədxanova tandemi qrupda keçirdikləri hər üç oyunda məğlub olublar.

Lakin yarışın reqlamentinə əsasən, qrup mərhələsində nəticədən asılı olmayaraq bütün komandalar mübarizəni davam etdirir. Sadəcə, aparıcı cütlüklər medallar uğrunda oynadıqları halda, digərləri aşağı yerlər uğrunda mübarizə aparırlar.

17-24-cü yerlər uğrunda görüşdə Əlizadə və Əhmədxanova çilili Marsela və Danae ilə qarşılaşıb və iki setdə uduzublar - 20:22, 16:21.

Bayramlı və Abdullayev isə eyni mərhələdə rumıniyalı Alb-Muresan duetinə məğlub olublar - 18:21, 7:21.

Zəki Feyzullayev
İdman.biz