Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024 mövsümünə start verilib.
İdman.biz xəbər verir ki, Yüksək Liqanın ilk oyununda “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər.
“Murov Az Terminal” ilk hissədən sonra üstünlüyü əldən versə də, növbəti 2 setdə qələbə qazanıb. Nəticədə "Neftçi" mövsümə məğlubiyyətlə başlayıb.
Ardınca “Azərreyl” MOİK-i sınağa çəkib. "Dəmiryolçular" rəqiblərinə asanlıqla qalib gəliblər. MOİK "quru hesabla" uduzub.
Azərbaycan çempionatı
Yüksək Liqa
16 noyabr
I tur
15:00. “Neftçi” - “Murov Az Terminal” – 1:3 (20:25, 25:21, 29:31, 17:25)
17:30. “Azərreyl” - MOİK - 1:0 (25:15, 25:15, 25:16)
Qeyd edək ki, hər iki görüş GİN-in Voleybol Mərkəzində keçirilib.
İdman.biz