Azərbaycan millisi Gürcüstanı məğlub edib

Xəbərlər
2 İyun 2025 17:40
60
Azərbaycan millisi Gürcüstanı məğlub edib

Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandamız Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.

Yığmamız bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, millimiz yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Rəqiblərimiz isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

İdman.biz