Bratislavada aşkar favorit olmayacaq: Azərbaycan ilk qələbəyə ümid edir

Xəbərlər
3 İyun 2025 15:14
50
Bratislavada aşkar favorit olmayacaq: Azərbaycan ilk qələbəyə ümid edir

Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qadın voleybolçular arasında Avropa Qızıl Liqası mərhələsində aşkar favorit olmayacaq.

İdman.biz xəbər verir ki, turnirin Bakıda keçirilən mərhələsində Macarıstan və Sloveniyaya eyni 0:3 hesabi ilə məğlub olan Azərbaycan yığmasının qarşıdakı oyunlardakı rəqiblərinin qələbə seriyası yoxdur.

Yunanıstana məğlubiyyətlə başlayan Slovakiya voleybolçuları daha sonra Xorvatiyaya qalib gəlib, Monteneqro isə Ukrayna və İspaniyaya uduzub.

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri iyunun 6-da Slovakiya, iyunun 7-də isə Monteneqro ilə qarşılaşacaqlar.

İdman.biz