Yığmamız Bratislavaya yollanıb

Xəbərlər
3 İyun 2025 10:51
51
Yığmamız Bratislavaya yollanıb

Avropa Qızıl Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün 2-ci turun oyunları üçün Slovakiyaya yola düşüb.

İdman.biz xəbər verir ki, qarşılaşmalar iyunun 6-8-də Bratislavada təşkil olunacaq.

Rəqiblərimiz Slovakiya və Monteneqro komandaları olacaq.

Qeyd edək ki, millimiz Bakıdakı oyunlarda Macarıstan və Sloveniyaya 0:3 hesabı ilə uduzub.

İdman.biz