Braziliya “Osasko”su klubdan ayrılan Azərbaycan voleybolçusu Polina Rəhimova ilə vida görüşü keçirib.
İdman.biz xəbər verir ki, hücumçumuza komandaya Superliqa, Braziliya kuboku və Paulista çempionatında qazandırdığı çempionluqlara görə təşəkkür olunub.
Rəhimova Braziliyadakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb, yaddaqalan anları xatırlayıb və azarkeşlərin dəstəyindən danışıb.
Qeyd edək ki, Rəhimova yeni mövsümü Yunanıstanın “Panionios” klubunda keçirəcək.
İdman.biz