Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib - FOTO/VİDEO

Xəbərlər
1 İyun 2025 22:10
175
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib - FOTO/VİDEO

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mərasimdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda, vitse-prezidenti Peter Kralik, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Fərid Qayıbov çempionatın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Nazir Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib.

AMF-nin rəhbəri Orxan Məmmədov çıxışında çempionatın təşkilində əziyyət çəkən hər kəsə təşəkkürünü bildirib. O, Bakının möhtəşəm yarışa ev sahibliyi etməsinin önəmini vurğulayıb.

Çempionatın qalibi olan Azərbaycan yığmasının oyunçuları qızıl medallar və kubokla təltif edilib. İkinci yerin sahibi olan Macarıstan futbolçuları gümüş, üçüncü olan Serbiya komandası isə bürünc medallarla mükafatlandırılıblar.

Aytac Sahəd
İdman.biz