AFFA “Qarabağ”ın məşqçisini cəzalandırıb

Xəbərlər
3 İyun 2025 12:22
68
AFFA “Qarabağ”ın məşqçisini cəzalandırıb

“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynovun cəzası açıqlanıb.

İdman.biz xəbər verir ki, AFFA İntizam Komitəsi təcrübəli mütəxəssisin Azərbaycan Kubokunun “Sabah”la final görüşündə etdiyi hərəkətə görə cəzalandırıb.

Hüseynov matçın 120-ci dəqiqəsində meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun diskvalifikasiya olunub. “Qarabağ” isə 1500 manat cərimə edilib.

Qeyd edək ki, finalda “Qarabağ” 2:3 hesabı ilə uduzub.

İdman.biz