Millətlər Liqası: Portuqaliya finalda - YENİLƏNİB - VİDEO

Xəbərlər
5 İyun 2025 01:03
223
Millətlər Liqası: Portuqaliya finalda - YENİLƏNİB - VİDEO

Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilib.

İdman.biz xəbər verir ki, ilk yarımfinal matçında Almaniya Portuqaliya yığmasını sınağa çəkib.

Bundestimin favorit hesab olunduğu görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən dərhal sonra Almaniya millisi hesabı açıb. Virts fərqlənib. Amma almanlar üstünlüklərini qoruya bilməyiblər. Portuqaliya millisi 5 dəqiqədə iki dəfə fərqlənərək, turnirin ilk finalçısı olub.

Qələbə topunun müəllifi Kriştiano Ronaldo karyerasının 937-ci qoluna imza atıb. O, bu qolların 137-ni Portuqaliya millisində, 800-nü isə klub səviyyəsində rəqib komandaların qapısından keçirib.

Portuqaliyalılar düz 25 ildən sonra Almaniyanı məğlub ediblər. Onlar sonuncu dəfə almanları ABRO-2000-nin qrup mərhələsində 3:0 hesabı ilə qalib gəliblər.

Millətlər Liqası
4 iyun
23:00. Almaniya – Portuqaliya - 1:2
Qollar:
Virts, 49 - Konseysao, 63. K. Ronaldo, 68
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Alyans Arena"

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Matç iyunun 5-də olacaq.

İdman.biz