Argentinalı ulduz futbolçu Lionel Messi Azərbaycanı minifutbol üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.
İdman.biz xəbər verir ki, dünya çempionunun video təbrikini azərbaycanlı iş adamı Adnan Əhmədzadə sosial şəbəkəsində paylaşıb.
Messi bildirib ki, bu anın dadını çıxarmağın vaxtıdır: “Minifutbol üzrə dünya çempionu olmağınız münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Sizi bir daha təbrik edirəm, qucaqlayıram və bu anın dadını çıxarmağını arzulayıram”.
Yığmamız mundialın finalında Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.
İdman.biz