Simone İnzagi "Əl-Hilal"ın baş məşqçisi təyin olunub.
İdman.biz xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
"İtaliyalı dahi buradadır. Simone İnzagi xoş gəldin!", - deyə açıqlamada bildirilib. 49 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, iyunun 3-də "İnter"dən ayrılan mütəxəssisin Səudiyyə Ərəbistanında illik 25 milyon avro qazanacağı bildirilib.
İdman.biz