Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 2 - 8 iyun tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 100 xanalı dama üzrə beynəlxalq qrossmeystr norması ilə beynəlxalq turnir – 25 may - 2 iyun (İspaniya, Salou);
🔹 Yelkən “Optimist” sinfi üzrə hazırlıq düşərgəsi və Avropa çempionatı – 25 may - 4 iyun (Türkiyə, Çeşme);
🔹 Akrobatika gimnastika üzrə Dünya Kuboku – 28 may - 2 iyun (Bolqarıstan, Burqas);
🔹 Gözdən əlillər üçün 64 xanalı dama üzrə Avropa çempionatı – 29 may - 9 iyun (Türkiyə, Kəmər);
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar, kişilər və qadınlar arasında Avropa Kuboku – 30 may - 2 iyun (Bosniya, Sarayevo);
🔹 MMA, pankration və qrapplinq üzrə beynəlxalq turnir və seminar – 31 may - 4 iyun (Özbəkistan, Andijan);
🔹 Paraatletika üzrə Qran-Pri – 2-4 iyun (Fransa, Paris);
🔹 Parastolüstü tennis üzrə “World Para Future” – 3-5 iyun (Çili, Santiaqo de Chile);
🔹 Kamandan oxatma üzrə Dünya Kuboku (II mərhələ) – 3-8 iyun (Türkiyə, Antalya);
🔹 Boks üzrə gənclər arasında beynəlxalq turnir - 4-10 iyun (Gürcüstan, Poti);
🔹 Kudo karate üzrə Dünya Kuboku – 5-6 iyun (Bolqarıstan);
🔹 WKF üzrə Gənclərin Liqa turniri – 6-8 iyun (Xorvatiya, Poreç);
🔹 Ənənəvi karate üzrə dünya çempionatı – 6-8 iyun (Xorvatiya, Varazdin);
🔹 Voleybol üzrə kişilər arasında Avropa Gümüş Liqası I turnir - 6-8 iyun (İsveç) (Azərbaycan-İsveç - 6 iyun saat 17:00, Gürcüstan-Azərbaycan – 7 iyun, saat 17:00, İsveç-Gürcüstan – 8 iyun, saat 17:00;
🔹 Voleybol üzrə qadınlar arasında Avropa Qızıl Liqası II turnir – 6-8 iyun (Slovakiya) (Azərbaycan-Slovakiya) 6 iyun, saat 20:00, Sloveniya-Macarıstan - 7 iyun, saat 20:00, Azərbaycan-Sloveniya - 8 iyun, saat 20:00;
🔹 Boks üzrə “Eindhoven Box Cup” – 6-10 iyun (Hollandiya, Eindhoven);
🔹 Bilyard üzrə “Pool-9” Ball AJARA CUP – 7-8 iyun (Gürcüstan, Batumi);
🔹 Güllə atıcılığı üzrə “ISSF Dünya Kuboku” – 7-15 iyun (Almaniya, Münhen);
🔹 Boccia üzrə Dünya Kuboku – 7-15 iyun (Çin, Pekin);
🔹 Pauerliftinq üzrə dünya çempionatı – 8-15 iyun (Almaniya, Xemnitz).
İdman.biz