“Neftçi”nin yeni transferi Bakıda - FOTO

Xəbərlər
3 İyun 2025 13:09
101
“Neftçi”nin yeni transferi Bakıda - FOTO

"Neftçi” yeni mövsüm üçün ilk transferini reallaşdırmağa yaxındır.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın heyətinə qatmaq istədiyi Sessi d Almeyda artıq Bakıdadır.

29 yaşlı futbolçu artıq tibbi müayinədən də uğurla keçib. Onun qarşıdakı saatlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, tam adı Sessi Oktave Emile d Almeida olan yarımmüdafiəçi Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyni adlı komandasında atıb. “Bordo”nun əsas heyətində 3 matça çıxan d Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.

Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya), “Pau FC” (Fransa) kimi komandalarda çıxış edib. 29 yaşlı futbolçunun son klubu “Apollon Limassol” olub.

Həm Fransa, həm də Benin pasportuna malik olan futbolçu 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 34 matçda 1 qol vurub.

İdman.biz