AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun finalında – “Qarabağ” – “Sabah” matçında yaşananlara hüquqi qiymət verilib.
Ağdam təmsilçisində 4 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə də “Qarabağ” əlavə olaraq 1500 manat ziyana düşüb.
“Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək. Bakı təmsilçisi də azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimələnib.
İdman.biz