Azərbaycanın minifutbol komandası ilk dəfə dünya çempionluğunu qazanıb - FOTO/VİDEO

Xəbərlər
1 İyun 2025 21:10
593
Azərbaycanın minifutbol komandası ilk dəfə dünya çempionluğunu qazanıb - FOTO/VİDEO

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, mundialın son günündə 3-cü yer uğrunda və final qarşılaşmaları keçirilib.

Əvvəlcə Serbiya və Monteneqro milliləri üçüncü yer uğrunda mübarizəyə start veriblər. Asan qələbə qazanan serblər dünya üçüncüsü olublar.

Azərbaycan komandası Milli Gimnastika Arenasında keçirilən final matçında Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionluğunu qazanıb.

Dünya çempionatı
3-cü yer uğrunda görüş
1 iyun

18:00. Monteneqro - Serbiya 0:3

Final
20:00. Azərbaycan – Macarıstan 4:2

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi ilk dəfə qatıldığı 2023-cü ilin dünya çempionatında 4-cü yeri tutmuşdu.

İdman.biz