Alessandro Orefiçe: “Bakıdakı qələbəyə baxmayaraq, oyuna istədiyimiz kimi uyğunlaşa bilmədik”

Xəbərlər
4 İyun 2025 16:46
51
Alessandro Orefiçe: “Bakıdakı qələbəyə baxmayaraq, oyuna istədiyimiz kimi uyğunlaşa bilmədik”

“Bakıda Azərbaycan yığmasına qalib gəlsək də, oyuna istədiyimiz kimi uyğunlaşa bilmədik”.

İdman.biz biz xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Sloveniya yığmasının baş məşqçisi Alessandro Orefiçe Avropa Qızıl Liqasının birinci mərhələsindən sonra deyib.

Bakıda iki oyun keçirən Sloveniya komandası həm meydan sahibləri olan Azərbaycan yığmasını, həm də Macarıstanı 3:0 hesabı ilə məğlub edib. Buna baxmayaraq, Orefiçe Azərbaycan komandasının oyununu vurğulayıb: “Bəhanə kimi səslənməsini istəmirəm, amma biz hələ tam formada deyilik. Azərbaycan yaxşı oynadı və indi bizim çox çalışaraq turnirin ikinci mərhələsinə yaxşı hazırlaşmağımız lazımdır”.

O, Bakıda qazanılan qələbənin əhəmiyyətinə də toxunub: “Bu qələbəyə görə çox sevinirəm, çünki həm reytinq baxımından, həm də inamımız üçün vacib idi. Bu, yarışın birinci mərhələsi idi. Biz tam gücümüzlə oynamadıq və düşünürəm ki, digər oyunlar bizim üçün daha çətin olacaq. Qarşıda bizi Portuqaliyaya səfər gözləyir”.

İdman.biz